İnsan sağlamlığı, eyni zamanda onun normal yaşamını şərtləndirən mühüm amillərdəndir. Əlbəttə, həyatın axarı bizləri yaşlanmağa və fiziki gücümüzün azalmasına gətirib çıxarır. Xüsusən əgər biz gündəlik həyatımızda oturaq işlərlə məşğul oluruqsa, bu hal bizim müəyyən müddətdən sonra gücümüzü azaldır. Bunun üçün çalışmaq lazımdır ki, fiziki hərəkətlərə, məsələn qaçmaq kimi yüngül idman növünə diqqət ayrılsın. Fiziki hərəkətin müntəzəmliyi, eyni zamanda beyinin inkişafına da təsir edir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmalar nəticəsində mütəxəssislər müəyyən etmişlər ki, nizamlı qaçış bədənə xeyirli olduğu qədər, yaddaşı da gücləndirir. Belə ki, qaçış məşqi beyində yaddaşa dəstək verən bölgədə yeni hüceyrələrin çoxalmasını təmin edir. Qaçmağın bundan başqa da bir çox faydaları vardır. Qaçış qan təzyiqini nizamlayır, bağırsaqların fəaliyyətini nizamlayır, həzmi asanlaşdırır, beynə gedən oksigen miqdarını artırır, maddələr mübadiləsini artırır, xolesterini nizamlayır, oynaq və əzələlərin elastikliyini artırır, bel və boyun ağrılarını azaldır, sümükləri möhkəmləndirir, yorğunluq hissinin qarşısını alır, müqaviməti artırır, yuxusuzluğu aradan qaldırır, qan yağlarının (triqlisederlərin) miqdarını aşağı salır, ağciyərlərin fəaliyyətini artırır, stresi aradan qaldırır, hüceyrələrin çoxalmasına kömək edir və s.
Bütün bunlarla yanaşı, idman mütəxəssisləri qaçış zamanı bir sıra məsələlərə riayət etməyi tövsiyə edirlər. Belə ki, qaçış zamanı yaxşı olar ki, bunlara riayət olunsun: daha çox səhər və axşam saatlarında qaçılsın, qaçış üçün sakit və səssiz yerlərə üstünlük verilsin, iki gün fasilə ilə həftədə 3 dəfə qaçmaq, çox isti və ya çox soyuq havalarda qaçmaq uğurlu deyil, yaşa uyğun sürət seçilməlidir, rütubətli havalarda qaçmamaq tövsiyə olunur, yeməkdən ən az iki saat sonra qaçılmalıdır, qaçış üçün pambıq paltarlara üstünlük vermək çox yaxşıdır. Qaçan zaman aşağı sürtələ başlayıb tədricən sürəti qaldırmaq məsləhətdir. Lakin qaçış sona çatdırdıqdan sonra hərəkətsiz qalmaq olmaz. Qaçışdan sonra 5-6 dəqiqə yerimək lazımdır. Əks təqdirdə ayaqlarda qanın yığılmasına səbəb ola bilər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.