Türkiyənin Mədəniyyət və Turizm Naziriliyinin təşkil etdiyi yay konsertlərində müğənni Sılanın da səhnəyə çıxacaq olması qalmaqal yaradıb.
Axşam.az xəbər verir ki, sosial mediada buna etiraz edənlər olub.
Hadisədən sonra nazir Mehmet Nuri Ərsoy ifaçının konsertini ləğv etdiyini açıqlayıb.
Qeyd edək ki, İzmirdə baş tutması planlaşdırılan konsertin ləğvinə isə Darbe hadisələri zamanı Sılanın birmənalı qarşılanmayan çıxışları səbəb kimi göstərilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.