Aktrisa pərəstişkarının ona təcavüz etdiyini açıqladı
Türkiyəli aktrisa, Yeşilçamın "Bayan Popo" ləqəbi ilə tanın məşhuru Sevtap Parman etirafları ilə hər kəsi şok edib.
Axşam.az xəbər verir ki, "Playmen" dərhisinə verdiyi pozlarla məşhurlaşan aktrisa Tarık Akanla oynadığı "Paramparça" filmi ilə tamaşaçıların qarşısına çıxıb.
Parman bu günlərdə isə verdiyi bir açıqlama ilə gündəmə gəlib. O, Alper Kuyumcu adlı bir pərəstişkarı tərəfindən təcavüzə uğradığını deyib:
"Alanyada evimiz var, ana tərəfim də alanyalı. Mənə Alanyaya gəlmək və mənimlə tanış olmaq istədiyini söylədi. Yarım saat mənə dil tökdü, pərəstişkarım olduğunu dedi. Onunla görüşdüm, həmin an cinsi istəklərindən danışdı. Ona ondan 10 yaş böyük olduğumu, ərimi çox sevdiyimi söylədim. Əlinə silah alıb, məni öldürməklə təhdid etdi. Qışqırsan, ətrafdakı hamını öldürəcəyini dedi. Məcbur birlikdə oldum. Sonra polisə getdim".
Alper Kuyumcu isə aktrisanın iddialarını rədd edib və "1999-cu ildə onunla tez-tez gizli görüşürdük" söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.