“Erməni riyakarlığına bələd olduğumuzdan yayılan bu tip xəbərlərə təəccüblənmirik və təbii qarşılayırıq”
Bu sözləri APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirliyin mətbuat xidməti bəyan edib ki, yeri gəldi-gəlmədi beynəlxalq qanunlara hörmətdən dəm vuran erməni tərəfi əgər azacıq da olsa beynəlxalq hüquq normalarına hörmətlə yanaşırsa, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq, işğal etdiyi Azərbaycan torpaqlarını tez bir zamanda, qeyd-şərtsiz tərk etməlidir: "Azərbaycan torpaqlarının 20 faizini işğal etməyi, Xocalıda və digər rayonlarda dinc sakinlərə, əli silahsız insanlara amansız divan tutmağı ermənilər hansı beynəlxalq qanunlara uyğun ediblərsə, Azərbaycan tərəfi də həmin qanunlara uyğun olaraq könüllü biz tərəfə keçmiş erməni hərbi qulluqçu ilə çay süfrəsi arxasında söhbət edə və xatirə fotosu çəkdirə bilər".
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin erməni tərəfinin ciddi itkilər verməsi ilə bağlı açıqlamasını təkzib edib. Eyni zamanda iddia olunub ki, könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryana münasibətdə beynəlxalq konvensiyalar pozulub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.