Ermənistan Çin Xalq Respublikasından silah alacaq.
ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə "Haykakan Jamanak" qəzeti çıxış edib. Nəşrin yazdığına görə, Ermənistan prezidentinin Çinə səfərinin əsas məqsədi silah alışı ilə bağlı razılıq əldə etmək idi.
24 - 28 mart tarixlərində Çində səfəri zamanı Serj Sarkisyan əlverişli şərtlərlə bu ölkədən ucuz silah almağa cəhd edib. Ancaq aparılan danışıqlar barədə hələlik dəqiq məlumatlar verilmir.
Nəşrin iddiasına görə, Çin türkdilli ölkələrə qarşı antipatiya bəsləyir. Məqalədə qeyd edilir ki, Çin Ermənistanın Türkiyə və Azərbaycan arasında yerləşdiyini nəzərə alaraq ucuz silah satışına müsbət reaksiya verib.
Rusiya və digər Dünya ölkələri Azərbaycana silah satdığı üçün ittiham edən Sarkisyan rəhbərliyi indi Çindən "kitayski" silah almağa çalışır. Görünür rəsmi İrəvan ucuz silah almaqla cılız ordusunun eyibini gizlətmək istəyir
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.