banner
banner

Gündəm

“Bakı Telefon Rabitəsi” MMC tərəfindən 24 min mənzil optik şəbəkəyə keçirildi

“Bakı Telefon Rabitəsi” MMC tərəfindən 24 min mənzil optik şəbəkəyə keçirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı şəhərində telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinin beynəlxalq standartlarla təqdim edilməsi istiqamətində yaşayış binalarının optik şəbəkəyə keçidi prosesini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aprel ayından etibarən “Evədək optika” layihəsinin ikinci mərhələsi üzrə Yasamal, Xətai, Nizami, Sabunçu və Qaradağ rayonlarında yerləşən köhnə və yeni tikililərdəki 24 min mənzildə müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənib.

İnternet avadanlıqlarla pulsuz təmin olunan sakinlər keyfiyyətli multimedia xidmətlərinə qoşulub.

Sakinlər üçün bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəyə imkan yaradılıb.

Qeyd edək ki, “Evədək optika” layihəsi tətbiq olunan yaşayış binalarında məlumat lövhələri yerləşdirilərək sakinlər öncədən məlumatlandırılır. Onların sürətlə qeydiyyata alınmasına və optik şəbəkəyə çıxışına imkan yaradılır. Eyni zamanda paytaxt sakinləri 24/7 fəaliyyət göstərən “155” Vahid Çağrı Mərkəzinə zəng etməklə ünvan üzrə layihənin əhatə dairəsi haqqında məlumat əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, ilin sonunadək 150 minlik optik infrastruktur istifadəçilərin istismarına təqdim olunacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.