"Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir" - Fransa səfiri
Fransa Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyətdən narahatdır və prezidentlər Sarqsyan və Əliyevin görüşündən sonra vəziyyətin daha da pisləşməməsi üçün səylərini əsirgəmir.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye “Armenpress”ə bildirib. O qeyd edib ki, Fransua Olland münaqişənin sülh yolu ilə həlli prosesinə şəxsən cəlb olunub.
“Əksər müşahidəçilər kimi mən də Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində gərginlikdən narahatam.
Biz əminik ki, qlobal razılıq kontekstində razılaşdırılmış qəraralr və üç əsas Madrid prinsipinə riayət olunmalıdır. Status-kvo qəbuledilməzdir”, - səfir qeyd edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.