Milyarder Andrey Melniçenko dünyanın ən böyük yaxtalarından birində istirahət edir.
Axşam.az xəbər verir ki, Portofinoda görüntülənən biznesmenin yaxtanın özünə aid olduğu bildirilib.
425 milyon dollar dəyəri ilan dəniz nəqliyyat növündə Andrey tək görüntülənməyib. İtaliyaya onun həyat yoldaşı Aleksandra da gedib. Paparassilər tərəfindən fotoları çəkilən cütlük bahalı geyimləri ilə də diqqət çəkiblər. Aleksandra "Chanel"in paltarından istifadə edib.
47 yaşlı iş adamı uzunluğu 142 metr olan yaxtanı şəxsən özü yoxlayıb.
Qeyd edək ki, Melniçenkonun sərvətinin dəyəri 13,8 milyard dollardır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.