banner
banner

Gündəm

Energetika Nazirliyi və BMT İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb

Energetika Nazirliyi və BMT İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb

Energetika naziri Pərviz Şahbazovla Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Trend-in məlumatına görə, Energetika naziri Pərviz Şahbazov bildirib ki, Millətlər Təşkilatının İnkişaf Proqramı ilə əməkdaşlıq ümümi maraqlarımıza cavab verən prioritetlərin reallaşmasına və energetika sektorunda islahatların aparılmasına töhfə verəcək. BMT İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti isə təmsil etdiyi qurumun fəaliyyətində enerji sahəsinin mühüm istiqamətlərdən biri olduğunu, energetika sektorunda qlobal və milli səviyyədə məsələlərin həllinə lazımi dəstəyin veriləcəyini bildirib.

Görüş zamanı Azərbaycan Respublikasının Energetika Nazirliyi və BMT İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb.

Niyyət Protokolunda Azərbaycanın enerji dayanıqlığının təmin edilməsi, iqlim dəyişmələri, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, emissiyaların azaldılması və ətraf mühitin qorunması kimi layihələrin həyata keçirilməsində BMT İnkişaf Proqramı ilə əməkdaşlıq öz əksini tapıb. Həmçinin, bu sənəddə “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsində BMTİP ilə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.

1992-ci ildən Azərbaycanda fəaliyyətə başlayan BMTİP ölkəmizdə inkişaf yönümlü bir sıra layihələr həyata keçirməkdədir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.