Facebook-da artıq anonim ünsiyyət qurmaq mümkün olacaq və bu yeni proqramda bunun üçün qeydiyyat hesabı lazım olmayacaq.
ANS PRESS-in məlumatına görə Facebook-da anonim şəkildə ünsiyyətdə olmaq yeni “Rooms” (otaqlar) proqramını təqdim edib. Onun istifadəçiləri təxəllüslərlə təqdim olunan mövzuların müzakirəsində iştirak edə bilərlər, bundan başqa onlara sosial şəbəkədə qeydiyyat hesabı əldə etmək vacib deyil.
“Rooms”da istəyən hər bir kəs çatı aça, onu hər kəs üçün əlçatan edə bilər və yaxud da orada iştirak etmək üçün təkliflər göndərə bilər. İntefeys proqram xoşuna gələn “otağa” keçid edə biləcəyin xəbərlər lentini xatırladır.
Proqramın əsas “xüsusiyyəti” ondan ibarətdir ki, müxtəlif çatlarda ayrı-ayrı təxəllüs və adlardan istifadə etmək olar. “Otaqlar”da həmçinin şəkillər yerləşdirmək, video, qeydiyyat üçün rəngləri seçmək olar.
Facebook-da etiraf edirlər ki, proqramı işləyib hazırlamaq üçün intermetdə çoxlu müxtəlif ünsiyyət çatlarının olduğu 1990-cı illər ilhamlandırıb.
Proqram artıq ABŞ VƏ Böyük Britaniyanın istifadəçiləri üçün əlçatandır, amma hələlik Apple-ın İOS ptaforması üçün buraxılıb
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.