banner
banner

Hərbİ

Azərbaycan Beynəlxalq Ordu Oyunları - 2019-da iştirak edəcək

Azərbaycan Beynəlxalq Ordu Oyunları - 2019-da iştirak edəcək

Azərbaycan Beynəlxalq Ordu Oyunları - 2019-da (ArMi-2019) iştirak edəcək.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, ümumilikdə ArMi-2019 zamanı 10 dövlətin ərazisində 32 müsabiqə keçiriləcək: "Ümumilikdə ArMi-2019 zamanı 10 dövlətin ərazisində 32 müsabiqə keçiriləcək (Rusiay, Azərbaycan, Ermənistan, Belarus, İran, Hindistan, Çin, Qazaxıstan, Monqolustan və Özbəkistan). Hərbi oyunlarda 5 mindən artıq hərbçidən ibarət 200-dən artıq komanda iştirak edəcək".

Bildirilir ki, müsabiqələrdən 15-i Rusiya ərazisində keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları 3-17 avqust tarixlərində keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.