Futbol klubunun idaretməsi Müşahidə Şurasında olacaq Bu gün Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib.
İclasdan sonra jurnalistlərə açıqlama verən şirkətin rəhbəri, AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin yaradıldığını və Müşahidə Şurasının da həmin qurumun tərkibində faəliyyət göstərəcəyini deyib.
AFFA prezidenti xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Məmmədov, Sadıq Sadıqov və Zaur Qəhrəmanovun şuranın üzvləri təyin olunduğunu vurğulayıb.
Bildirilib ki, “Neftçi” futbol klubunun idaretməsi Müşahidə Şurasında olacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.