Türkiyənin baş nazirliyi prokurorun girov götürülməsi ilə bağlı yayıma qadağa qoyub. Buna səbəb Radio Televiziya Ali Şurasının (RTÜK) qanunun "Fövqəladə hallarda yayımlar" başlıqlı 7-ci maddəsində edilən xəbərdarlıqdır. Belə ki, qanun layihəsində bildirilir ki, ictimai asayişin pozulma ehtimalı olan hallarda yayım dayandırıla bilər.
Qeyd edək ki, bu gün saat 12.36 radələrində İstanbulun Çağlayan ədliyyə binasında DHKP-C terror təşkilatının 2 üzvü Berkin Elvan cinayəti üzrə istintaqı aparan prokuror Mehmet Səlim Kirazı binanın 6-cı mərtəbəsindəki otağında girov götürüb.
Terror təşkilatı üzvləri bir anda otağa girərək prokuror M.S.Kiraza silah çəkiblər. Onun başına silah dirənmiş fotoları yayılıb. Təşkilat tələbləri yerinə yetirilmədiyi təqdirdə onu öldürəcəklərini bildirib. Saat 13.30-da təhlükəsizlik qüvvələri qapını məcbur açan zaman terrorçular 2 atəş açıblar. Buna görə geri çəkilən polis onları razı salmaq üçün səy göstərir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.