banner
banner

Dünya

Generallar azadlığa çıxdı

Generallar azadlığa çıxdı

Türkiyədə Anadolu Ali Məhkəməsi Balyoz davası üzrə dövlət çevrilişinə cəhddə ittiham olunan 236 nəfərin hamsına bəraət qazandırıb.
Qalmaqallı iş üzrə ekspert rəylərinə, ifadələrə baxıldıqdan sonra məhkəmə ittihamlar üçün tutarlı dəlillərin olmadığını qət edib. Dinləmə zamanı dövlət ittihamçısı Ramazan Öksüz məhkəməyə təqdim olunmuş gizli səsyazmaları, elektron məlumatlarla iddia olunan çevriliş planı arasında heç bir əlaqənin aşkarlanmadığını bildirib.
Bu məqsədlə Öksüz 236 şübhəliyə, o cümlədən keçmiş birinci ordu komandiri General Çetin Doğan, hazırda MHP partiyasının sədr müavini olan ehtiyatda olan general Engin Alan, keçmiş Hərbi Dəniz Qüvvələri Komandiri admiral Özden Örnek və digərlərinə bəraət verilməsinə dair vəsatat qaldırıb, hakim vəsatəti təmin edib.

Balyoz qalmaqalı ilə bağlı iddialara görə, bir sıra yüksək rütbəli zabitlər, vəzifəli şəxslər 2003-cü ildə ölkədə partlayışlar, müxtəlif zorakılıqlar yolu ilə ölkədə hərcmərclik yaratmaqla höküməti devirməyə çalışıb.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.