İraq ordusu Tikrit şəhərini İŞİD terror qruplaşmasından azad edib. Bu barədə İraq baş naziri Heydər əl-Abadi açıqlama verib. Baş nazir İraq ordusunun terrorçular üzərində qələbə qazandığını bildirib. Qeyd edək ki, 2014-cü ilin iyun ayından başlayaraq Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirmişdi. Bu ilin əvvəlindən başlayaraq İraq ordusu beynəlxalq koalisiya qüvvələri və yerli könüllülərin dəstəyi ilə terrorçulara qarşı böyük əməliyyata başladığını bəyan edib. Tikrit şəhərinin azad olunması İraq ordusuna Mosulu azad etməyə əlverişli şərait yaradır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.