Məşhur aktyor Demet Özdemir ötən gecə dostunun toyundan çıxarkən obyektivlərə tuş gəlib.
Axşam.az xəbər verir ki, Özdemir eşq aşk yaşadığı həmkarı Can Yamanla bağlı suallardan qaçarkən diqqətləri üzərinə çəkib.
Demet və Canın münasibəti hər kəsi təəccübləndirib. Gah küsüb, gah barışan cütlük ötən günlərdə ayrıldığını bəyan edib. Sosial şəbəkədə bir-birinə acıq verən paylaşımlar edən aktyorlar diqqət çəkiblər.
Özdemir jurnalistlərin Yamanla bağlı sualına "Oralara girməyək" cavabını verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.