Avropa Birliyinin süd istehsalı kvotalarını ləğv etməsi belçikalı fermerləri ayağa qaldırıb. Süd istehsalı ilə məşğul olan maldarlar bu qərarın qiymətlərin ucuzlaşmasına səbəb olacağını deyərək Brüsselin küçələrində etiraz edib. 30 il əvvəl avropalıların öz dili ilə desək “süd göllərinin və kərə yağı dağlarının” yəni artıq məhsulun yaranmaması üçün tətbiq olunan kvotalar, buna qədər gündəlik məhsulların istehsalını nəzarətdə saxlamağa kömək olurdu. Ancaq hazırda dünyada südə olan tələbat artdığından avropalı istehsalçılar ABŞ və avstraliyalı fermerlərlə Çin və Cənubi Koreya kimi yeni bazarlarda “ayaqlaşa” bilsin deyə Avropa Birliyi bu məhdudiyyətləri qaldırıb. Ancaq etiraz edən kiçik fermerlərə görə, izafi süd istehsalı onsuzda aşağı olan topdan satış qiymətini daha da ucuzlaşdıracaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.