Berenlə Kənanın ayrılması ilə bağlı daha bir iddia
Aktrisa Beren Saat ilə müğənni əri Kənan Doğulu 7 il əvvəl iyulun 29-da nikah masasına oturub.
Axşam.az xəbər verir ki, dünən cütlüyün evlilik ildönümü olub. Hər kəsin gözü cütlüyün İnstaqram səhifəsində qalıb.
Amma nə Beren, nə də Kənan bunla bağlı paylaşım etməyib. Uzun müddətdir haqlarında ayrılıq dedi-qodusu çıxan cütlük bu hərəkətlə iddiaları daha da gücləndirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.