banner
banner

İdman

"Qarabağ" Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb

"Qarabağ" Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb

"Qarabağ" komandası Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb.

"Report"un məlumatına görə, bu, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiya "Dandolk"u üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub.

Beləliklə, daha 0,250 xal əldə edən Ağdam təmsilçisi Azərbaycanın cari mövsümdəki xallarını 1,500-ə çatdırıb.

Lakin reytinq sıralamasında dəyişiklik baş verməyib. Son 5 mövsümdəki göstəricilərin cəmində 16,875 xala malik Azərbaycan yenə 26-cı pillədədir. 25-ci yerdə gedən Qazaxıstanın isə 17,625 xalı var. 24-cü pillədə 18,000 xalla Belarus yer alıb. Lakin Azərbaycandan fərqli olaraq, bu iki ölkənin Çempionlar Liqasında təmsilçisi qalmayıb.

Qeyd edək ki, bu mövsüm Azərbaycanın əldə etdiyi reytinq xallarından yarısı (0,750) "Neftçi"yə, yarısı "Qarabağ"a məxsusdur. İlk 2 mərhələdəki 3 görüşün hamısından qalib ayrılan flaqman bu gün Bakıda Rusiya "Arsenal"ı ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək. 4 oyundan 2 qələbə, 2 heç-heçə ilə ayrılan "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə üz-üzə gələcək. Avropa Liqasının ilk mərhələsindəcə mübarizəni dayandıran "Səbail" ölkə reytinqinə

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.