"İrlandiya 2019" gözəllik müsabiqəsinin qalibi NASA alimi Fionquala O’Reilli olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 28 gənc qızın birincilik üçün mübarizə apardığı yarışmada Fionquala həm göəllik tacına, həm də 70 min avroya sahib olub. Alim, kodlayıcı və model olan gənc qız ölkəsini "Miss Universe" də təmsil edəcək.
Gələcək planlarından bəhs edən O’Reilli "Elm sahəsində qadınların sayını artırmaq istəyirəm. Ümumiyyətlə, xanımların hər sahədə uğur qazanması ən böyük arzumdur" deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.