Hollivud ulduzu Silvester Stallonenin qızı Sistin son günlər tez-tez tədbirlərə qatılır, gündəmdən düşmür.
Axşam.az xəbər verir ki, anası kimi model olan Sistin bu il özünü aktrisa kimi də sınayıb. Bu günlərdə Hollivudda tədbirlərdən birinə qatılan qız fotosunu sosial şəbəkədə paylaşıb.
21 yaşlı qızın ünvanına minlərlə şərh yazılıb. Çoxları modelin xarici görünüşünü tənqid ediblər. Onlar hədsiz makiyaj, abartılı geyim sayəsində Sistinin 40 yaşında qadına bənzədiklərini vurğulayıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.