Amerikalı model Coş Kloss Keti Perrinin ona təcavüz etdiyini iddia etmişdi.
Axşam.az xəbər verir ki, Perri ilə bağlı eyni iddia bu dəfə aparıcı Tina Kandelakidən gəlib. O, "Keti Perrinin də yer aldığı bir dəvətə qatıldım. Çox şərxoş idi və mənə qarşı ehtiraslı hərəkətlər edirdi" sözlərini deyib.
Tina bildirib ki, Keti onun bədəninə icazəsiz toxunub.
Qeyd edək ki, 2010-cu ildə Perrinin "Teenage Dream" mahnısına çəkilən klipdə rol alan Kloss ifaçı ilə bağlı şikayət edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.