ABŞ prezidenti Donald Tramp Rusiyanın dünyanın 7 aparıcı ölkəsi qrupuna qayıtmasına və bu qrupun G8 formatında işinin bərpa olunmasına etiraz etməyəcəyini söyləyib.
Trend-in məlumatına görə, ABŞ prezidenti deyib ki, Rusiyanın (bir qrupun bir hissəsi olaraq) olması daha məqsədəuyğundur.
D.Tramp müvafiq təklifini dəstək edəcəyini əlavə edib.
Eyni zamanda Tramp, Rusiyanın ABŞ prezidenti Barak Obamanın rəhbərliyi altında G8-dən qovulduğuna dair fikirlərini ifadə edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.