Türk müğənnisi Serdar Ortaç və Xloye Louqnanın boşanma səbəbələri bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serdarın qumar vərdişi cütlüyün arasını pozub. Qumar oyunlarında külli miqdarda pul itirən müğənninin xanımına ad günündə hədiyyə belə ala bilmədiyi iddia edilir. Bundan əlavə, Xloyenin Amerikada keçirdiyi qəzadan sonra aylarla Türkiyəyə geri qayıda bilməməsi onların münasibətini daha da korlayıb. Səhvini anlayan, xanımını geri qaytarmaq istəyən Serdar ona 500 min lirə təklif etsə də, rədd cavabı alıb. Bundan sonra isə müğənni gizlicə boşanma qərarı alıb.
Boşandığını son anda öyrənən Xloyenin halı qəfildən pisləşib və xəstəxanalıq olub. Müğənni isə onun bu xəstəliyini mədə ağrısı kimi qələmə vermişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.