Əməkdar artist Mehriban Xanlarova həyat yoldaşından ayrılma səbəbini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, “Xəbərsizsiniz?” verilişinin qonağı olan aktrisa buna xəyanətin səbəb olduğunu deyib: “ Gözəl ailəm olub. Mənim kimi kişiyə qadınlıq edən xanım olmazdı. Onun qulluğunda dayanırdım. Həyat yoldaşım mənə xəyanət edib, buna görə də ayrıldıq. Mən də qadınam, dəfələrlə bağışlamışam. Amma nə qədər keçim? Kişinin səhvi ucbatından ailəm dağıldı. Yoldaşıma görə sənəti də atardım. Dörd il çox şeydən imtina etdim: sənətdən uzaqlaşdım, qolu, ətəyi uzun libas geyinirdim. Amma sonda nə oldu? Yenə bitdi". Qızından danışan M.Xanlarova bunları deyib: “Həmişə demişdim, qızımı heç vaxt sənət adamına vermərəm. Qızım ailəlidir. Bu sənətdən uzaq biri ilə ailə qurub. Rayonda yaşayır. Beş ildir Cəlilabadda gəlindir. Heç kim inanmırdı ki, şəhərdə böyüyən qızımı rayona ərə verərəm. Ona deyirəm ki, sən nə etsən, mənim adımdır. Qızımı müdafiə etmirəm. Qayınanası nəsə deyəndə ona haqq verirəm, qızıma yox”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.