Türkiyənin İstanbul şəhərində "İnqilabçı Xalq Qurtuluş Partiyası" və ya DHKP-c-nin üzvlərinin Berkin Əlvan işinə baxan prokuroru girov götürməsindən sonra təşkilatla bağlı əməliyyat başlayıb. Cia.az-ın məlumatına görə, Antalya şəhəri Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin bu səhər həyata keçirdiyi əməliyyat nəticəsində DHKP-c-nin 19 üzvü saxlanılıb. Əməliyyat adıçəkilən təşkilatın ölkə miqyasında təhlükə törətdiyi əsas gətirilərək və Türkiyənin Baş prokurorunun göstərişinə əsasən həyata keçirilir. Səhər saatlarında eyni vaxtda bir neçə ünvanda reydlər zamanı saxlanılan 19 nəfərin dindirilməsi davam edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.