Əri Liam Hemsvortla ayrılan dünyaca məşhur müğənni Miley Sayrus yeni sevgilisi Katlin Carter ilə birlikdə görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük 2019 Mtv musiqi mükafatlarının partisinə qatılıb. 26 yaşlı ifaçı ilə 30 yaşlı Katrin gecə klubuna əl-ələ gəlib.
Qeyd edək ki, Miley çimərlikdə qız sevgilsi ilə öpüşərkən kameralara tuş gəlmiş və bu onun 7 aylıq evliliyinə son qoymuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.