Amerikada yayımlanan "The Challenge" adlı yarışmaya qatılan Turabinin 5 ildə 7 milyon lirə qazandığı məlum olub.
Axşam.az xəbər verir ki, 2006-cı ildə gecə klublarında rəqs edərək dolanan Turabi 2014, 2015-ci ildə qatıldığı "Survivor" yarışmalarından birlikdə 2 milyon lirə və bir ev qazanıb. Ötən il "The Challenge" yarışmasından isə 5 milyonun sahibi olub. O bu dəfə yarışmanın yeni bölümündə də yer alacaq. Bu dəfə isə mükafat məbləği 6 milyon lirədir.
O "Rəqiblərimi gördüm. Qarşılarında son dərəcə şanslıyam. Bu yarışmanın da qalibi məın olacağam" deyə, açıqlama verib.
Lüks həyata düşkün olmadığını deyən Turabi qazandığı pulları son qəpiyinədək ailəsinə verdiyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.