banner
banner

Gündəm

NASA: Sentyabrda Yerə iki asteroid yaxınlaşacaq

NASA: Sentyabrda Yerə iki asteroid yaxınlaşacaq

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) bildirib ki, sentyabrın 14-də iki asteroid Yer kürəsinə yaxınlaşacaq.

Trend-in NASA-ya istinadən verdiyi xəbərə görə, onların yaxınlaşması planetimiz üçün heç bir təhlükə törətməyəcək.

“2000 QW7” adlandırılan asteroidlərdən birinin diametri 290 metrdən 650 metrə qədər ola bilər. O, saniyədə 6,4 kilometr sürətlə Yer kürəsindən 5,3 milyon kilometr aralıdan keçəcək. Təxminən bu məsafədən də digər göy cismi - 120 metrdən 260 metrədək diametri olan “2010 CO1” asteroidi saniyədə 14,4 kilometr sürətlə planetimizin ətrafından ötəcək.

Əvvəllər NASA xəbərdarlıq etmişdi ki, avqustun 28-də “2019 OU1” asteroidi Yerə yaxınlaşacaq və planetimizdən 1 milyon kilometr məsafədən keçəcək. Qeyd olunur ki, asteroidlər hər həftə Yer kürəsinə bu məsafədə yaxınlaşır.

 

Astronomlar bildirirlər ki, onların Yerə yaxınlaşdığı təhlükəli məsafə Ayın orbitinin radiusundan az olan 384 min kilometr hesab olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.