banner
banner

Sağlamlıq

Hepatit daşıyıcısı olmaq nə deməkdir? - Müalicə, yoxsa?..

Hepatit daşıyıcısı olmaq nə deməkdir? - Müalicə, yoxsa?..

Hepatit xəstəliyinin 2 tip forması var: daşıyıcı və xəstə. Hepatit virusunun daşıyıcısı olmaq o deməkdir ki, qanda virus yükü qaraciyərə zərər verməyəcək dərəcədə azdır. 

Ancaq virus qaraciyər və qanda olduğu üçün digər insanları yoluxdurma və aktiv Hepatit B -yə çevrilmə riski vardır. 

Dünya miqyasında təxminən 400 milyona yaxın insan HBsAg daşıyıcısıdır.

Nə zaman xəstəyə daşıyıcı Hepatit B xəstəsisən deyilir.

Milli.Az medicina.az-a istinadən daşıyıcının real xəstədən fərqlərini təqdim edir.

•Qanda qaraciyər funkusiyon testləri normal
>6 aydan uzun müddətli HBsAg pozitif (+)
HBV DNT-nin az titrədə olması 
•Hepatit D nin olmaması
•Qaraciyər fibrozisinin olmamasıdır.

İnaktiv HBsAg daşıyıcılarında zaman içində HBsAg neqatifləşməsi və hətta anti-HBsAg pozitifləşməsi ola bilər. 
Xəstədə sirroz və ya irəliyə doğru ağırlaşmalar yoxdursa, daşıyıcılıq müalicəsiz izlənməlidir.

 

Daşıyıcı Hepatit B xəstələri həkim nəzarətində, qan analizləri ilə daim izlənməlidir.
İnaktiv daşıyıcı Hepatit B xəstəliyi üzərinə hər hansı bir infeksiyon (Hepatit C, Hepatit D, HİV qrip) qoşularsa,hepatotoksiki təsirlər (ağrıkəsici, antibiotik, oral kontraseptiv, psixotrop dərmanlar, bitki mənşəli peraparatlar və bitkilər və.s.) istifadə olunarsa xəstəliyə çevrilə bilər.

Daşıyıcı Hepatit xəstəsi tam dərk etməlidir ki, hepatit B virusu qanında və qaraciyərində var və o heç yerə getmir. Nə vaxtsa aktivləşə bilər. 

İLdə 2 dəfə 6 aydan bir  Hepatoloq nəzarətində olmalı, lazımi müayinələrdən keçməli və digər sağlam insanları yoluxdurmamaq üçün çalışmalıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.