Yükdaşımalar Departamenti rəisi Əşrəf Məmmədəliyev və Xırdalan stansiyasının rəisi Vüsal Eminov kadr ixtisarlarına başlayıb
Tia.az-a verilən məlumata görə, onlar özlərinə yaxın adamları işə götürürlər. Dəmiryolçular arasında narazılıq doğuran bu ixtisarlara görə Cavid Qurbanova şikayət olunub. Baş dəmiryolçunun diqqətinə çatdırılıb ki, departament və stansiya rəisləri “at oynadır”. İşçilərə qan udduran hər iki rəis ailə-klan idarəçiliyi yaradıb. C.Qurbanova göndərilən məktubda qeyd olunub ki, ixtisarlar aparılır, əvəzin öz yaxınları gətirilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.