banner
banner

Gündəm

Daha bir üzv DNİK dərnəyini tərk etdi

Daha bir üzv DNİK dərnəyini tərk etdi

Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnəyin daha bir üzvü Vəfadar Əliyev həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.

Trend-ə daxil olan bəyanatda dərnək üzvlüyünü tərk edən V.Əliyev bəyanatında qeyd edib ki, dərnəyin layihəsi və tələbləri onu qane etmir: "DNİK-in layihəsi və onun qarşıya qoyduğu məqsədlər məni qane etmir. Mən hər zaman ölkədə inqilabi hərəkətlərə, xaos və hərc-mərcliyin yaranmasına qarşı olmuşam".

Dərnəyin sadəcə layihə kimi yaradıldığını vurğulayan Vəfadar Əliyev dərnəyin fəaliyyət göstərmədiyini bildirib.

Vəfadar Əliyev avqustun 29-da təşkilatın üzvlüyündən rəsmi olaraq çıxmağı barədə rəsmi bəyanat verib.

 

Xatırladaq ki, dərnək üzvü Mahmud Əhmədli də təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat vermişdi.
Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə özünü ALÖV (Azərbaycanın Ləyaqətli Övladları Vəhdəti) partiyasının təsisçisi və sədri Rza Səfərsoy kimi təqdim edən şəxs müxtəlif məzmunlu paylaşımlar edərək, həmin təşkilatı təsis edərək insanları qanunsuz etiraz aksiyaları təşkil etməklə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.