Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Yusif Səfərov küçəsində yaranan tıxacın səbəbini açıqlayıb. Qurumdan verilən məlumata görə, əvvəllər Nizami küçəsinin davamı olaraq Keykab Səfərəliyeva küçəsi ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər olan hissəsinin yenidən qurulmasında məqsəd Yusif Səfərov küçəsindən, eyni zamanda Cavanşir körpüsünün yanından Keykab Səfərəliyeva küçəsinə, o cümlədən Nizami və Keykab Səfərəliyeva küçələrindən Cavanşir körpüsü istiqamətinə çıxışı təmin etmək idi: "Lakin Cavanşır körpüsü istiqamətindən və Keykab Səfərəliyeva küçəsindən həmin ərazidə olan dəmir yol xəttinə qədər hərəkət etmək mümkün idi. Belə ki, dəmir yolu xəttinin yanından Yusif Səfərov küçəsinə hərəkət mümkün deyildi. Çünki həmin ərazidə giriş qadağandır nişanı quraşdırılmışdı. Səbəb Yusif Səfərov küçəsinin yükünü şəhərə yönəltmək idi. Artıq bir neçə vaxtdır ki, vəziyyət dəyişib. Girişi qadağan edən nişan ərazidən götürülərək şəhərin bütün yükü Yusif Səfərov küçəsinə yönəldilib. Bununla da, həm Nizami küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində, eyni zamanda Yusif Səfərov küçəsində vəziyyət acınacaqlı duruma düşür. Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri tıxac bir tərəfə, qəza şəraiti ilə rastlaşırlar. Buna görə də mövcud durumu əvvəlki vəziyyətə qaytarmaq zərurəti yaranıb. Belə ki, həmin ərazidən Yusif Səfərova girişi qadağan edən nişanın quraşdırılmasına, Yusif Səfərov küçəsindən Nizami küçəsinə girişi qadağan edən nişanın götürülməsinə böyük ehtiyac var. Yaranmış vəziyyətdən çıxış yolu ancaq budur. Əgər həmin ərazidə müvafiq tədbir görülməsə, Yusif Səfərov küçəsindəki tıxacı aradan qaldırmaq mümkün olmayacaq".
Bir məsələni qeyd etmək yerinə düşər ki, Nizami küçəsi hazırda demək olar ki, nəqliyyatın hərəkəti üçün deyil, avtomobillərin park edilməsi üçün istifadə edilir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.