banner
banner

Sosİal

Dünən Bakıda temperatur normadan 3 dərəcə aşağı olub

Dünən Bakıda temperatur normadan 3 dərəcə aşağı olub

Sentyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 27 mm (aylıq normanın 150 faizi), Zabratda 20 mm (aylıq normanın 116 faizi), Bakıda 18 mm (aylıq normanın 104 faizi), Maştağada 12 mm (aylıq normanın 53 faizi), Binədə 8, Pirallahıda 5 mm, Böyük Qafqazda: Xaltanda 18, Qubada 15, Sarıbaşda (Qax), Qusarda 9, Mərəzədə 8, Oğuz, Altıağac, Kişçayda (Şəki) 6, Xınalıqda 5, Şahdağda 3, Xaçmaz, Şabranda 2, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qırız, Nabranda 0-1 mm, Lənkəran-Astara zonasında: Astarada 7, Biləsuvarda 3, Lənkəran, Neftçalada 1, Mərkəzi aran rayonlarında: Tərtərdə 5, İmişlidə 3, Cəfərxan, Bərdədə 2, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad, Salyanda 0-1 mm, Qazax-Gəncə zonasında: Zəyəmçay-Ağbaşlar HMM-da (Tovuz) 10.3, Naftalan, Şəmkir, Ağdam, Köçəsgərdə (Ağstafa) 4, Gəncədə 3, Dağkəsəmən, Düz Qışlaqda (Ağstafa) 2, Ceyrançöl, Tovuz, Ağstafada 1 mm, Kiçik Qafqazda: Dəstəfürçay-Qaraqollar HMM-da 21 mm (aylıq normanın 52 faizi), Gəncəçay-Gədəmiş HMM-da (Daşkəsən) 16.2, Çaykənddə (Göygöl) 10.4, Gədəbəydə 14, Göygöldə 10, Daşkəsəndə 8 mm, Naxçıvan MR-da: Sədərəkdə 7, Ağdərədə (Ordubad) 5, Şərurda 4, Şahbuzda 3, Naxçıvanda 2, Ordubadda 1 mm təşkil edib.

Sentyabrın 2-də Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.

 

Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.