Meqastar Tarkan 20-27 sentyabr tarixlərində Harbiyədə konsert proqramı ilə çıxış edəcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi artıq pəhrizə başlayıb. O, ketojenik qidalanma üsulu (yağ və proteyinlə zəngin qidalanma) ilə arıqlayır. 15 gün ərzində 3,5 kilo çəki itirən Tarkan masaj etdirir, yoqa ilə məşğul olur, üzür və gündə 1 saat gəzir.
Meqastarın hədəfi 6 kq arıqlayıb 60 kq-a enməkdir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.