Məşhur aktrisa Anceline Colinin "Youtube"dəki rəsmi hesabı bağlanıb.
Axşam.az xəbər verir ki, səhifə bir neçə gün bundan əvvəl açılmışdı və artıq 4000-dən artıq izləyicisi vardı. Lakin hazırda səhifə aktiv deyil. İzləyicilər kanalın səhifəsinə daxil olarkən bu cümlə ilə qarılaşırlar:
"Bu hesabın fəaliyyətinə "YouTube"un təqlid edilməmə siyasətini pozduğu üçün xitam verilib".
Qeyd edək ki, hesabın nə zaman bərpa ediləcəyi məlum deyil.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.