Ötən gün "Neftçi" klubunda daha bir istefa reallaşıb. Klubun sabiq prezidenti Sadıq Sadıqovun oğlu İbrahim Sadıqlı klubdakı departament rəhbəri vəzifəsindən ayrılıb. Bu barədə Sadıqlı "facebook" hesabında paylaşdığı statusla məlumat verib: "Bu gün öz istəyimlə "Neftçi"də işdən ayrıldım. Güloğlan Cabbarov. Mübariz Xudiyev, Gündüz Abbaszadə, Elnur Əşrəfoğlu kimi qardaşlarla 4 il bir yerdə xeyli uğur qazandıq. Qardaşlar, Allah sizdən razı olsun, haqqınızı halal edin. Mənim nəsə haqqım varsa, halal olsun. Bundan sonra "Neftçi" klubuna ən böyük uğurları arzulayıram. Ən böyük "Neftçi", deyə İbrahim Sadıqlı bildirib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.