banner
banner

Sosİal

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi Avstriyanın Vyana şəhərində qeyd ediləcək.

BDU-dan Trend-ə verilən məlumata görə, tədbir 2019-cu il 9 sentyabr tarixində BDU və Azərbaycanın Avstriyadakı səfiriliyin tabeliyində Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə universitetin 100 illik tarixini özündə dolğun şəkildə əks etdirən video-çarx göstəriləcək, foto-sərgi təşkil olunacaq.

Musiqiçilərin təqdimatında konsert proqramının da nəzərdə tutulduğu tədbirdə universitetin nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar iştirak edəcək.

 

Qeyd edək ki, 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında 100 illiyi qeyd edilən Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı ölkədə və xaricdə çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...

“Pensiyaların artırılıb-artırılmaması məsələsi ilə əlaqədar proqnozlaşdırma aparmaq kifayət qədər çətindir. Çünki hökumətin müvafiq istiqamətdə siyasətini həyata keçirən qurumların verdiyi mesajlardan hələlik müəyyən bri qənaətə gəlmək mümkün deyil. Pensiyaların artırılması qanunvericiliklə mümkündür. Belə ki, dövlət həm minimum pensiya həddini, həm də indeksasiya prosesindən kənar minimum pensiya həddinin artırılması ilə bağlı qərar qəbul edə bilir”.