banner
banner

Sağlamlıq

Dünyanın ən sağlam- 10 QİDASI

Dünyanın ən sağlam-

Dünyaca məşhur Forbes jurnalı hər kəsin mütləq yeməsi lazım olan, dünyanın ən sağlam on yeməyini açıqlayıb. Cia.az həmin qidaları təqdim edir.

Somon balığı

Ən yaxşı yaşlanma əleyhinə qidadır. Tərkibində olan Omeqa-3 beyni və ürəyi qoruyur. Ruh halını tarazlaşdırır və qan şəkərini tənzimləyir.

Lobya

Kilonuzu tarazlayır, qan şəkərini tənzimləyir. Kolon xərçəngi və ürək xəstəliyindən qoruyur. Gündəlik tövsiyə edilən lif miqdarı 25-38 qramdır. (Bir fincan paxla isə 11-17 qram lif ehtiva edir).

Nar

Antioksidant baxımından olduqca zəngindir. Qan təzyiqini normallaşdırır, damarları qoruyur və şişlərin böyüməsinin qarşısını alır.

Alma

Ağciyər xərçəngi, astma və şəkər xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Tərkibinə sümük gücləndirən K vitamini daxildir. Yeməkdən otuz dəqiqə əvvəl yemək iştahı artırmağa köməkçi olur.

Brokoli

Bütün xərçəng risklərini azaldır. Mineral və vitamin dərəcələri çox yüksəkdir. Ayrıca bədəni toksinlərdən təmizləyən kimyəvi turşularla zəngindir.

Fındıq-fısdıq (çərəz)

Həftədə 5 dəfə istifadə etmək infarkt və ürək xəstəliyi riskini yüzdə 30-50 arasında azaldır. Hər gün üçün 25 qram badam, qoz, fısdıq, fındıq kafi miqdardır.

Qarağat (qaragilə)

Tərkibində xərçəngdən qoruyan antioksidanlar var və yaddaşı gücləndirir. Lif baxımından olduqca zəngindir.

Yumurta

Təbiətin ən qüsursuz yeməyi olaraq təyin olunub. Zülal baxımından zəngin, amma kalorisi aşağı olan qidadır. Beyni qoruyur və göz sağlamlığını gücləndirir.

Qırmızı ət

Emaldan keçirilməmiş qırmızı ət, omega-3 baxımından zəngindir. Məqbul miqdarda istehlak edildiyində xərçəngdən qoruyur. Zülal və B12 vitamini mənbəyidir.

Süd 

Vitamin, mineral və faydalı bakteriyalar baxımından zəngin olan süd, xərçənglə mübarizə aparan "CLA" turşusu ilə də zəngindir



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.