Bakıda artıq qazanc əldə etmək istəyən market sahibi qəribə üsula əl atıb. Artıq qazanc əldə etmək istəyən sahibkar mağazada olan “E-manat” ödəmə terminalında mobil operatorlara kontur yüklənilməsinin qarşısını süni şəkildə almağa çalışır. Belə ki, market rəhbərliyi mağazadakı ödəmə terminalının monitorunun üzərinə kağız yapışdıraraq müştərilərin və digər şəxslərin kontur yükləməsinə icazə vermir. Hətta mağaza rəhbərliyi terminalın üzərinə xəbərdarlıq elanı da vuraraq danışıq kartı almaq istəyənləri kassaya dəvət edir. Bu fakt Masazır qəsəbəsindəki “Şok” marketdə qeydə alınıb. Bu barədə redaksiyamıza oxucular məlumat verib. Onların sözlərinə görə, müştərilər mağaza sahibinə etiraz etsələr də bunun nəticəsi olmayıb. Qeyd edək ki, bu cür ödəmə terminalları mağazalarda və digər obyektlərdə yerləşdirilərkən həmin obyekt və ya mağaza sahibinə ödəniş edilir. Amma görünən budur ki, mağaza sahibi bu gəlirlə yanaşı kontur satışından da əlavə qazanc əldə etmək istəyir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.