Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror hücumu zamanı şəhid olan prokuror Səlim ailəsinə baş çəkərək onlara başsağılığı verib. Ərdoğan yas mərasimində ölən prokuror üçün "Quran" oxuyub. Türkiyə prezidenti Prokurorun evinin qarşısına toplaşanlara xitab edərək önəmli açıqlamalar verib: "Ölkənin hüzuruna, rifahına qəsd edənlər bu ölkədə inşallah arzu etdikləri vəziyyəti görə bilməyəcəklər. Mən buna inanıram. Bizim buna fürsət verməməyimiz lazımdır. Daha fərqli tədbirlər almağımız lazımdır. Bunu bilmənizi istəyirəm, bu gün buradakı vəziyət və İstanbulda Polis İdarəsinə edilən hücum bizlərə daha çox həssas olmağımızı tələb edir. Onun üçün də tədbirlər görəcəyik. Gün birlik günüdür, bərabərlik günüdür".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.