Seul Rusiya Prezidenti Vladimir Putinin yaxın gələcəkdə Cənubi Koreyaya səfər edəcəyinə ümid edir. Bunu ölkənin Rusiyadakı səfiri Lee Sok Pae bildirib.
Trend-in məlumatına görə, Cənubi Koreyanın Rusiyadaki səfiri bunları söyləyib: "Prezident Vladimir Putinin yaxın gələcəkdə Cənubi Koreyaya səfər edə biləcəyini gözləyirik. Tamamilə əminəm ki, onun Cənubi Koreyaya səfəri Cənubi Koreya ilə Rusiya arasında real əməkdaşlığı gücləndirməyə və genişləndirməyə böyük təkan verəcək".
Səfir iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə 2020-ci ildə Rusiya və Cənubi Koreya arasında mədəni və iqtisadi tədbirlər təşkil edəcəyini qeyd edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.