banner
banner

Dünya

MDB kəşfiyyat rəhbərləri Kazanda iclas keçirəcəklər

MDB kəşfiyyat rəhbərləri Kazanda iclas keçirəcəklər

Bazar ertəsi Kazanda MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı iclas keçiriləcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, iştirakçılar xarici qüvvələrin müdaxiləsi ilə bağlı çətinlikləri neytrallaşdırmaq üçün bu istigamətdə birgə əməkdaşlıq fəaliyyətlərini müzakirə etmək niyyətindədirlər. Məşvərət orqanının sədri, Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin MDB kəşfiyyat orqanlarının rəhbərlərinin forumunu açacaq.

Qeyd edək ki, görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri daxili və xarici təhdidlərin effektiv qarşısının alınması məqsədilə iştirakçıların kəşfiyyat məlumat mübadiləsi, əməkdaşlıq formaları və istiqamətlərini yaxşılaşdırmaq istəklərini qeyd edəcək bir memorandum imzalamaq niyyətindədirlər. Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri iştirak edəcəklər

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.