banner
banner

İdman

Baş məşqçi istefaya göndərilə bilər

Baş məşqçi istefaya göndərilə bilər

"Barselona" futbol klubunun baş məşqçisi Ernesto Valverde istefaya göndərilə bilər.

"Report"un məlumatına görə, bu barədə İspaniyanın AS nəşri bildirib.

Qeyd edilir ki, əgər Messi və komanda İspaniya çempionatının iki ən yaxın matçında - "Vilyarreal"la evdə, "Xetafe" ilə səfər oyununda xal itirsə, baş məşqçi tutduğu vəzifədən kənarlaşdırılacaq.

Kataloniyalılar Valverdenin rəhbərliyi altında dörd dəfə mükafat qazanıblar. Bunlardan ikisi ölkə yarışı - İspaniya Kuboku və Superkubokunda əldə edilib. Klub Çempionlar Liqasının dörddə bir final və yarımfinal mərhələlərinə yüksəlib.

Daha əvvəl bildirilirdi ki, İspaniya "Barselona"sı 2018/2019 mövsümündə Avropa təmsilçiləri arasında oyunlarına ən çox azarkeş gələn klub olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.