banner
banner

Hərbİ

Zakir Həsənov Tiflisdə gürcü və türk həmkarları ilə görüşür

Zakir Həsənov Tiflisdə gürcü və türk həmkarları ilə görüşür

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin aprelin 2-də keçiriləcək üçtərəfli görüşündə iştirak üçün dünən Tiflisə gəlib.

CİA.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Z.Həsənov jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələr müxtəlif strukturlar arasında üçtərəfli formatda inkişaf etdirilir: “Gürcüstana səfərimin əsas məqsədi müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Artıq hər üç ölkənin müdafiə nazirləri arasında Naxçıvanda ilk görüş keçirilib. Bu, sayca ikinci görüşümüzdür. Bu görüşdə üçtərəfli formatda münasibətlərin inkişafı, eləcə də əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində danışıqlar aparılacaq. Müzakirələr tam başa çatdıqdan sonra əməkdaşlığa dair üçtərəfli sazişin imzalanması da nəzərdə tutulub”.

Zakir Həsənov vurğulayıb ki, görüşdə regiondakı vəziyyət də diqqət mərkəzində olacaq, Ermənistanın təcavüzkar siyasəti barədə iştirakçılara məlumat veriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.