banner
banner

Hərbİ

Silah embarqosu ləğv edildi

Silah embarqosu ləğv edildi

ABŞ prezidenti Barak Obama Misirin 18 aylıq silah embarqosunu ləğv edib.
CİA.Az-ın Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, bu qərar 12 ədəd F-16 təyyarəsi, 20 - “Harpun” raketi və 125 - M1A1 Abrams tanklarının Misir ordusuna çatdırılımasına yol açır.
ABŞ dövlət başçısı prezident Əbdel Fəttah Əl-Sissiyə hər il Misirə 1.3 milyard dollarlıq hərbi yardım göstəriləcəyini də vəd edib.
Yardımlar 2013-cü ilin oktyabr ayında Misir ordusunun sabiq prezidenti Məhəmməd Mursinin hakimiyyətdən getməsindən sonra dayandırılmışdı.
Misir liderləri silah embarqosunun Sinay yarımadasında islam yaraqlıları və İranın dəstəklədiyi şiə üsyançıları ilə mübarizə səylərini məhdudlaşdırdığından şikayətlənirdi.
Ağ Evin qərarı bir ay sürən araşdırmalardan sonra verilib. Araşdırmalar ABŞ-ın müdafiə zərurəti, yoxsa Misrin demokratik islahatlarına yardım mahiyyəti daşıdığına həsr edilmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.