Nərimanov İcra Hakimiyyəti “İLK İnşaat” tikinti şirkətində işləyən fəhlələrin aksiya keçirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Qurumdan "Qafqazinfo"ya bildirilib ki, əslində hadisə başqa zəmində baş verib. Sözügedən tikintidə heç bir aksiya olmayıb, sadəcə fəhlələr yemək növbəsində olarkən azərbaycanlı fəhlələrlə türklər arasında mübahisə düşüb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Hadisə zamanı 4 azərbaycanlı 2 türkiyə vətəndaşını döyüb. Hazırda həmin döyülən türkiyəli fəhlələr xəstəxanaya yerləşdirilib. Onlara xəsarət yetirən iki azərbaycanlı isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Nərimanov RPİ-nin 18-ci bölməsində cinayət işi açılıb.
İcra hakimiyyəti fəhlələrin bir neçə aydır maaş almaması ilə bağlı xəbərə də açıqlama verib. Bildiriblər ki, həmin tikintidə, ümumiyətlə, əmək haqqı ilə bağlı heç bir problem yoxdur.
Qeyd edək ki, virtualaz.org saytı bu barədə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, “İLK İnşaat” tikinti şirkətinin onlarla işçisi işə çıxmaqdan imtina edərək etiraz aksiyası keçirir və fəhlələr bir neçə aydır maaş ala bilməmələrindən narazıdır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.