Türkiyənin məşhur serialı "Jet Sosyete"nin "Puhu TV"yə keçdikdən sonra ilk reklam çarxı yayımlanıb.
Axşam.az xəbər verir ki, tanıtım videosunda aktyorların Şeyma Subaşını ələ saldığı görünüb.
Serialın sevilən obrazı Gizem "Basit Gizem" adında bir kitab yayımlayır. O, kitabda "Hər kəsin səni əzməsinə imkan vermə, çünki sən avakado deyilsən" sözlərini yazıb. Bu ifadə ilə onlar Şeyma Subaşının kitabında istifadə etdiyi "Hər kəsi xoşbəxt edə bilməzsən, çünki pizza deyilsən" ifadəsinə söz atıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.