Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, Premyer Liqanın son turunda “Sabah”la oyundan zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emreli millimizin qarşıdakı iki oyununda iştirak edə bilməyəcək. Əvəzində, “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.
Qeyd edək ki, yığmamız oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.