Hazırda Bakı şəhərində bir qrup tələbə etiraz əlaməti olaraq, Binəqədi rayonu ərazisindəki mərkəzi magistral yolu kəsməyə hazırlaşır
Bu barədə məlumatı Azərbaycan Turizm və Menecment Universitetindən (Keçmiş Turizm İnstitutu-red) veriblər. Mənbənin dediyinə görə, tələbələri etiraz etməyə vadar edən səbəb "Azərsu" ASC-nin etdiyi qanunazidd əməlidir:
"Sözügedən dövlət qurumunun Binəqədi rayon idarəsi heç bir əsaslı səbəb olmadan universitetin nəzdində olana Bakı Turizm Peşə Məktəbinin yerləşdiyi binanın suyunu kəsib. Hazırda məktəbi üfunət iyi basıb. Səbəbini binanın borcunun olması ilə izah edirlər. Ancaq bu bina bir neçə dəfə balansdan - balansa keçdiyi üçün, bütün komunal borclar silinib. Bizim borcumuzun nə qədər və hansı illəri əhatə etdiyi ilə bağlı verdiyimiz suallara da, cavab tapa bilmirlər. Bu gün İsrailin Azərbaycandakı səfiri bura qonaq gəlir. Binada isə iydən dayanmaq olmur. Hətta binanın borcu olsa belə, onun bu qaydada tələb edilməsi də qanunauyğun deyil. Son çıxış yolu kimi tələbələr kütləvi etiraza qalxmaq yolunu seçib".
Qeyd edək ki, sözügedən məktəbdə 1000-nə yaxın tələbənin oxuduğu bildirilir. (strateq.az)
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.